“Strateq kimi düşünür, prodakşn komandası kimi icra edirik.” Gulzcom-u 2022-ci ildə bu prinsiplə qurub.
Strategiya, dizayn və prodakşn. Bir komanda, bütöv nəticə.
Parçalanmış marketinqə qarşı qurulmuş agentlik
Gulzcom-u 2022-ci ildə Gülnaz Nəcəfova bir müşahidə ilə qurdu: bazarda iş parçalanır. Strategiyanı bir şirkət yazır, dizaynı başqası edir, reklamı üçüncüsü aparır. Nəticədə brend hər kanalda başqa cür danışır.
Biz bu zənciri bir komandada birləşdirdik. Strategiya, qrafik və motion dizayn, foto-video çəkiliş, kopirayting və tarqetinq eyni hədəf üzərində işləyir. Ona görə çıxan iş bütövdür və ölçülə biləndir.
Bu gün restoran və otel, mebel və işıqlandırma, səhiyyə, təhsil, gaming, e-ticarət və istehsal sahələrindən olan brendlərlə çalışırıq. Hər sektorun öz dili var, onu öyrənmək isə işimizin birinci mərhələsidir.
- [ 01 ]
Aydınlıq
Nə etdiyimizi və niyə etdiyimizi sadə dildə izah edirik. Jarqon yox, aydın plan və açıq hesabat.
- [ 02 ]
Nəticə
Hər layihənin hədəfi işə başlamadan razılaşdırılır, sonra irəliləyişi rəqəmlə göstəririk.
- [ 03 ]
Davamlılıq
Bir kampaniya üçün yox, illərlə işləyən brend üçün çalışırıq. Müştərilərimizlə uzunmüddətli tərəfdaşlıq qururuq.
Layihənizi danışaq
Hədəfinizi və çətinliyinizi qısa yazın, 1 iş günü ərzində cavab veririk.
İlk görüş və ilkin qiymətləndirmə pulsuzdur.







