Xidmətlər / Brend strategiyası və kimlik

Brend strategiyası və kimlik

Brend loqodan böyükdür, o, biznesin dayaq nöqtəsidir. Brendin kim olduğunu, nəyi vəd etdiyini və bunu necə danışdığını müəyyən edirik.
Nə daxildirNə daxildir

Brendi strategiyadan vizual sistemə qədər bir bütöv kimi qururuq: kim olduğunuzdan başlayır, hər kanalda eyni danışan dizaynla bitiririk.

Bazar, rəqib və auditoriya araşdırması

Brendin mövqeyi, dəyərləri və vədi

Ad və şüar, ehtiyac olarsa

Danışıq tonu və əsas mesajlar

Loqo və əlamət sistemi

Rəng, şrift və qrafik dil

Brend kitabı (brandbook)

Sosial media, çap və ofis materialları üçün şablonlar

Necə işləyirik

[01]

Araşdırma

Biznesi, bazarı, rəqibləri və auditoriyanı öyrənirik. Müsahibələr və mövcud materialların auditi.

[02]

Strategiya

Mövqe, dəyərlər, vəd və ton. Yazılı sənəd kimi təsdiqə təqdim olunur.

[03]

Dizayn

Loqo, rəng, şrift və qrafik dil. Bir neçə istiqamət, seçilən istiqamət üzərində dəqiqləşdirmə.

[04]

Sistem və təhvil

Brend kitabı və gündəlik istifadə üçün şablonlar. Bütün fayllar mənbə formatında təhvil verilir.

Kimə uyğundurKimə uyğundur

Brend strategiyası və kimlik

Yeni açılan və adını, kimliyini sıfırdan quran bizneslərə.

Böyüyən, amma vizual dili dağınıq qalan brendlərə.

Yeni bazara, məhsula və ya auditoriyaya keçən şirkətlərə.

Tez-tez verilən suallar

1

Olar, amma strategiyasız loqo çox vaxt işləmir. Qısa strategiya mərhələsi ilə başlamağı tövsiyə edirik: brendin kim olduğu aydın olanda loqo da düzgün çıxır.

2

Bəli. Mövcud brendin nəyinin işlədiyini audit edir, tanınmanı itirmədən yeniləyirik. Hər şeyi sıfırdan dəyişmək həmişə lazım olmur.

3

Brend kitabı, loqonun bütün versiyaları (SVG, PNG, PDF), rəng kodları, şriftlər və razılaşdırılmış şablonlar. Fayllar tam sizə məxsus olur.

4

İşin həcmindən: yalnız vizual kimlik, yoxsa araşdırma və strategiya ilə birlikdə tam brend. Brifə baxıb fərdi təklif hazırlayırıq.

Brendiniz üçün pulsuz tanışlıq görüşü təyin edin

Brif doldurBrif doldur