Veb sayt və məhsul dizaynı

Saytı vizit kartı kimi yox, satış kanalı kimi qururuq: istifadəçinin nə axtardığından başlayır, müraciətə gətirən səhifələrlə bitiririk.
Brif, məqsədlər və rəqib saytların təhlili
Sayt strukturu və istifadəçi yolu (UX)
Prototip və səhifə sxemləri
Vizual dizayn (UI), mobil versiya daxil
Sayt mətnləri və məzmun strukturu
Proqramlaşdırma və idarəetmə paneli
Texniki SEO əsası: sürət, meta, schema
Analitika, test və yayım
Necə işləyirik
Araşdırma
Biznesin məqsədi, auditoriya və rəqiblər. Saytın nəyə xidmət edəcəyi yazılı razılaşdırılır.

Struktur və prototip
Səhifələr, istifadəçi yolu və məzmun sxemi. Dizayndan əvvəl təsdiq olunur.

Dizayn və proqramlaşdırma
Vizual dizayn, mobil versiya və saytın kodlaşdırılması.

Test və yayım
Sürət, formalar, analitika və SEO yoxlanılır, sonra sayt yayımlanır.

Veb sayt və məhsul dizaynı
Saytı olmayan və ya köhnə saytı müraciət gətirməyən bizneslərə.
Məhsulunu onlayn satmaq istəyən e-ticarət layihələrinə.
Rəqəmsal məhsul və ya xidmət üçün interfeys dizaynı axtaran komandalara.
Tez-tez verilən suallar
Səhifə sayından, funksionallıqdan və mətnlərin hazır olmasından asılıdır. Brifdən sonra mərhələlər üzrə yazılı plan və tarixlər veririk.
İstəsəniz, biz. Sayt mətnləri və foto-video çəkilişi xidmətlərimizin içindədir. Hazır materialınız varsa, onunla da işləyirik.
Bəli. Sayt idarəetmə paneli ilə təhvil verilir, mətn, şəkil və məhsul kimi dəyişiklikləri özünüz edə bilərsiniz.
Bəli. Yayımdan sonra texniki dəstək və inkişaf üçün aylıq xidmət təklif edirik. Şərtlər təklifdə yazılır.
