Performans reklamı

Reklamı büdcənin hara getdiyi və nə qaytardığı aydın görünən sistem kimi qururuq: məqsəd, auditoriya, kreativ testi və mütəmadi optimallaşdırma.
Reklam hesablarının və əvvəlki kampaniyaların auditi
Məqsəd və ölçü göstəricilərinin təyini
Meta Pixel, konversiya və analitikanın qurulması
Auditoriya və retarqetinq strukturu
Reklam mətni və kreativ istiqamətləri
Kreativ və auditoriya test planı
Büdcə bölgüsü və gündəlik nəzarət
Aylıq hesabat və növbəti ay üçün plan
Necə işləyirik
Audit və məqsəd
Mövcud hesabları, izləməni və rəqəmləri yoxlayırıq. Bu ay nəyi ölçdüyümüzü razılaşdırırıq.

Qurulum
İzləmə, auditoriyalar, kampaniya strukturu və ilk kreativlər.

Test
Bir neçə kreativ və auditoriya paralel yoxlanılır, qalib gələn əsas kampaniyaya keçir.

Miqyas və hesabat
İşləyən istiqamətin büdcəsi mərhələlərlə artırılır, işləməyən dayandırılır. Aylıq hesabatla.

Performans reklamı
Reklama pul xərcləyən, amma nəticəni rəqəmlə görə bilməyən bizneslərə.
Müraciət və satışı sabit axına çevirmək istəyən xidmət və e-ticarət şirkətlərinə.
Kampaniyalarını daxildə aparan, amma sistem və test planı axtaran komandalara.
Tez-tez verilən suallar
Xeyr. Reklam büdcəsi xidmət haqqından ayrıdır və birbaşa reklam platformasına sizin kartınızdan ödənilir. Biz kampaniyanın idarə olunmasına görə haqq alırıq, beləcə hər manatın hara getdiyini özünüz görürsünüz.
Sahədən və məqsəddən asılıdır. Büdcə alqoritmin öyrənmə mərhələsini keçməsinə yetməlidir, ona görə rəqəmi brifə baxandan sonra birlikdə müəyyən edirik.
İlk rəqəmlər bir-iki həftəyə toplanır. Sabit nəticə üçün kreativlərin və auditoriyaların test olunmasına bir neçə həftə lazımdır.
Sizin. Reklam hesabı və ödəniş sizin adınıza qalır, biz Meta Business Suite və ya Google Ads üzərindən verilən icazə ilə işləyirik.


