KVET — Əlavə Təhsil fəaliyyəti üzrə lisenziyalı, beynəlxalq sertifikat verən təlim mərkəzidir: elektrik montyoru, qaynaq, takelaj, yükqaldırma, IOSH, tibbi yardım. Səhifəni vahid vizual sistemə keçirdik və kursları real insanlarla, real sahə ilə danışdırdıq.
Astoria Hotel Baku®
Giriş
Müştəri
Astoria Hotel Baku
Buraxılış tarixi
2026
Rol
Konsept, model ilə çəkiliş, reels, post dizaynı
Müddət
2 ay
Astoria Hotel Baku — kottecləri, suit otaqları, hovuzu və Qızıl Hamamı olan 3 ulduzlu otel. Oteli qonağın gözü ilə göstərən lifestyle çəkiliş və reels seriyası hazırladıq.
Çağırış və yanaşma
Otel kontenti adətən boş otaq şəkillərindən ibarət olur. Məqsəd qonağın təcrübəsini — səhər yeməyindən spa-ya qədər — hiss etdirmək idi.
- Otağı yox, təcrübəni göstərmək
- Hamam, jakuzi, kottec kimi xidmətləri ayrıca tanıtmaq
- Brendin qızılı-tünd göy üslubunu qorumaq
- Bayram və xüsusi günlər üçün kontent

Həll
Modelli lifestyle çəkiliş apardıq: xalatda səhər qəhvəsi, yataqda səhər yeməyi, hamam və istirahət anları. Otaqlar, kottec, Qızıl Hamam və jakuzi üçün qısa reels-lər montaj etdik, bayram postlarını otelin üslubunda dizayn etdik.
Əsas xüsusiyyətlər
- Model ilə lifestyle foto çəkiliş
- 8 reels: otaqlar, kottec, hamam, jakuzi
- Post və bayram dizaynları
- Qızılı-tünd göy vizual üslub


Nəticə
Astoria-nın lenti indi rahatlıq və qonaqpərvərlik hissi ilə danışır: qonaq otağı görməzdən əvvəl təcrübəni hiss edir.








