Metsan — çilçıraq, divar işıqları və dekorativ aydınlatma mağazası. Brendin qara-sarı loqosundan çıxış edərək işığı qaranlıqda parlayan premium vizual dillə göstərdik.
KVET Əlavə Təhsil Mərkəzi®
Giriş
Müştəri
KVET Əlavə Təhsil Mərkəzi
Buraxılış tarixi
2024
Rol
SMM strategiyası, post və karusel dizaynı, video, foto çəkiliş
Müddət
6 ay
KVET — Əlavə Təhsil fəaliyyəti üzrə lisenziyalı, beynəlxalq sertifikat verən təlim mərkəzidir: elektrik montyoru, qaynaq, takelaj, yükqaldırma, IOSH, tibbi yardım. Səhifəni vahid vizual sistemə keçirdik və kursları real insanlarla, real sahə ilə danışdırdıq.
Çağırış və yanaşma
Peşə təhsili seçən insan reklamdan çox nəticəyə inanır: "bu kurs mənə iş verəcək?" Hər peşə üçün aydın mesaj, ardıcıl görünüş və etibar yaradan real kadr lazım idi.
- Çox sayda peşə proqramını bir vizual sistemdə birləşdirmək
- Texniki mövzuları qısa və cəlbedici dilə çevirmək
- Qeydiyyat üçün aydın çağırış və əlaqə yolu qurmaq
- Dərs və seminarları sənədləşdirib etibar yaratmaq

Həll
Mavi-ağ brend palitrasında post sistemi qurduq: hər peşə üçün güclü başlıq, real sahə fotosu və "Doğru yerdəsən!" tipli çağırış. Karusellərlə (SƏTƏM pasportu, "Belə problemləri…") mövzunu addım-addım izah etdik. Dərsləri, seminarları və canlı yayımları çəkib video və foto kontentə çevirdik.
Əsas xüsusiyyətlər
- 50+ post və karusel dizaynı
- 40 video post və reels
- Seminar və dərslərdən 190+ foto
- Highlight cover-ları və "Haqqımızda" story seriyası


Nəticə
KVET səhifəsi peşələr üzrə tanınan, ardıcıl görünən təhsil brendinə çevrildi: hər kursun öz vizual dili, real tələbə və təlimçi kadrları, aydın qeydiyyat yolu.








