Hər bir biznesin ehtiyaclarına fokuslanmış tam həll təqdim edirik
Brendinizi görünən yerə çıxarırıq.
Strategiya, dizayn və reklam, üçü bir komandada. Gulzcom brendlərə auditoriyası ilə bağ qurmağa və rəqəmsal mühitdə seçilməyə kömək edir.
Strateq kimi düşünür, prodakşn komandası kimi icra edirik.
Gulzcom Bakıda yerləşən rəqəmsal agentlikdir. Brendin strategiyasını qurur, vizual dilini yaradır və onu doğru auditoriyaya çatdırırıq. Hər layihəyə eyni sualla başlayırıq: bu iş biznesə nə qazandıracaq?

Bu iki şey adətən ayrı-ayrı şirkətlərdədir, bizdə bir yerdədir.
Restorandan istehsala qədər fərqli sahələrdən brendlərlə işləyirik.
Hər sektorun öz dili var,
o dili öyrənməyi işin
birinci mərhələsi sayırıq.
Brend strategiyası və kimlik
Brend loqodan böyükdür, o, biznesin dayaq nöqtəsidir. Brendin kim olduğunu, nəyi vəd etdiyini və bunu necə danışdığını müəyyən edirik.

Sosial media və kontent
Sosial şəbəkə kontent axını deyil, brendin gündəlik səsidir. Aylıq kontent planı, mətn, dizayn və icma idarəetməsini bir sistem kimi aparırıq.

Performans reklamı
Meta, TikTok və Google, büdcənin hara getdiyi və nə qaytardığı görünən şəkildə. Auditoriya, test planı və optimallaşdırma bizdədir.

SEO və AI axtarışda görünmə
Google-da yuxarı çıxmaq artıq kifayət deyil. Saytınızı həm axtarış sistemləri, həm də ChatGPT kimi AI cavablarında görünəcək şəkildə qururuq.

Veb sayt və məhsul dizaynı
Sayt vizit kartı deyil, satış kanalıdır. UX araşdırmasından interfeys dizaynına və istifadəyə hazır məhsula qədər.

Prodakşn
Peşəkar foto və video çəkilişi, motion dizayn. Kontentin keyfiyyəti reklamın nəticəsini birbaşa dəyişir.

Dizayn və çap
Müştərinin əlinə keçən hər vərəq brendinizi təmsil edir. Vizit kartından bannerə qədər istənilən çap məhsulunun dizaynını hazırlayır və çapını təşkil edirik.

Seçilmiş
işlər
Strategiya, yaradıcılıq və icranın bir araya gəldiyi layihələr.
Necə işləyirik
Proses haqqında ətraflıKəşf və audit
Biznes, bazar, rəqib və mövcud vəziyyət. Bu mərhələ olmadan strategiya təxmindir.

Strategiya
Mövqe, mesaj, kanal və ölçü göstəriciləri. Yazılı sənəd kimi təhvil verilir.

İstehsal
Dizayn, mətn, çəkiliş, sayt, reklam qurulumu. Hər mərhələdə təsdiq nöqtəsi.

Ölçmə və optimallaşdırma
Aylıq hesabat, nəticələrin təhlili, növbəti ay üçün düzəliş.

Layihənizi danışaq
Hədəfinizi, çətinliyinizi və vaxt çərçivənizi deyin, ehtiyacınıza uyğun həll təklif edək. İlk görüş pulsuzdur.
Jurnal
Rəqəmsal marketinq, brend və dizayn haqqında qeydlərimiz.















