Cyber Render — 24/7 onlayn render xidməti: dizaynerlər, memarlar, studiyalar və animatorlar üçün sürətli CPU/GPU render. Texniki xidməti yaradıcı auditoriyanın dilində göstərdik.
Çıraq Restaurant®
Giriş
Müştəri
Çıraq Restaurant
Buraxılış tarixi
2025
Rol
Strategiya, SMM, food foto, video prodakşn, outdoor reklam
Müddət
4 ay
Çıraq — Sumqayıtda ailəvi restoran: VIP otaqlar, banket zalı, canlı musiqi. "Çıraq" sözünü — işıq, enerji, sehr və isti — brendin hekayəsinə çevirdik və restoranı sinematik, dəvətkar imiclə təqdim etdik.
Çağırış və yanaşma
Restoranın interyeri və mətbəxi kontentdə öz əksini tapmırdı: paylaşımlar sadəcə vizual təqdimat idi, brend hekayəsi və çağırış yox idi, rezervasiya yolu dağınıq idi.
- Sosial media strukturunu (bio, highlight, link) yenidən qurmaq
- Yeməyi və atmosferi iştah açan kadrlarla göstərmək
- Banket və şou proqramlarına qonaq cəlb etmək
- Onlayndan kənarda da görünmək — bilbord

Həll
"Sinematik imic" strategiyası hazırladıq: tünd-qızılı tonlar, elegant və dəvətkar dil. Food çəkilişi apardıq; kabab, farel, piti kimi yeməkləri reels-lərdə yavaş, "dadı hiss olunan" kadrlarla göstərdik. Bayram və şou proqramları üçün post seriyası, yeni il menyusu və bilbord dizaynı hazırladıq.
Əsas xüsusiyyətlər
- 360° marketinq və tanıtım strategiyası
- 49 kadrlıq food foto çəkilişi
- 19 reels: yemək, banket, şou proqram
- Bilbord və bayram kampaniyası dizaynı


Nəticə
Çıraq onlayn və offline kanallarda vahid, isti və premium görünüşlə danışır: menyudan banketə qədər hər təklifin öz vizual hekayəsi var.








