BitPlay beynəlxalq auditoriyaya xidmət göstərən onlayn oyun platformasıdır. Platformanın neon-bənövşəyi, qızılı dünyası üçün ingilis dilində gündəlik kampaniya vizuallarını hazırladıq.
H Advisory Group®
Giriş
Müştəri
H Advisory Group
Buraxılış tarixi
2024
Rol
SMM, post və karusel dizaynı, video post montajı
Müddət
6 ay
H Advisory Group mühasibatlıq xidmətləri göstərir, 0-dan mühasibatlıq, 1C və vergi uçotu kursları keçir. Quru maliyyə mövzusunu yaşıl brend rəngində canlı, öyrədici və etibarlı kontentə çevirdik.
Çağırış və yanaşma
Mühasibatlıq çoxlarına çətin və darıxdırıcı görünür. Bir səhifədə iki məqsədi — xidmət satışını və kursa qeydiyyatı — aydın ayırmaq lazım idi.
- QuickBooks, MYOB, Sage, Wave, MS Dynamics kimi proqramları sadə izah etmək
- Kurs üçün motivasiya və karyera mesajı vermək
- Xidmətləri peşəkar və etibarlı göstərmək
- Dərs mühitini real kadrlarla göstərmək

Həll
Yaşıl-ağ vizual sistem və 3D illüstrasiyalarla karusel seriyaları qurduq: "Yaxşı mühasibin 3 özəlliyi", "Mühasibat uçotunun funksiyaları", "İşimizdə bizə hansı proqramlar kömək edir?". Dərslərdən video post və qısa izah videoları montaj etdik.
Əsas xüsusiyyətlər
- 50+ post və karusel
- 5 proqramı izah edən 7 slaydlıq karusel
- 12 video post və dərs videosu
- Kurs qeydiyyatı üçün kampaniya postları


Nəticə
Səhifə mühasibatlığı anlaşılan dildə izah edən, kursa və xidmətə aydın yönləndirən peşəkar mənbəyə çevrildi.








